Paşinyanın birbaşa butulkadan araq içməsi ilə bağlı video qalmaqalı böyüyür

20-04-2020, 13:01           
Paşinyanın birbaşa butulkadan araq içməsi ilə bağlı video qalmaqalı böyüyür
Ermənistan Baş naziri Nikol Paşinyanın xalqa müraciəti ilə bağlı hazırladığı video kadrları yayanlar məsuliyyət daşıyacaqlar.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı erməni mediası “Mənim addımım” fraksiyasının rəhbəri Lilit Makunza istinadən yayıb.

O, bazar ertəsi parlamentdə keçirilən brifinqdə baş verənləri qəbuledilməz hesab edib.

Onun sözlərinə görə, bu insidentə izahatlar fərqli ola bilər, lakin söhbət ilk növbədə informasiya təhlükəsizliyindən gedir. Baş nazirin yayım barədə xəbəri olmadığı bir vaxtda geniş auditoriya üçün nəzərdə tutulmayan vacib məlumatlar səslənə bilərdi.

“İnsidentə görə məsuliyyət daşıyan şəxslər məsuliyyətə cəlb olunmalıdırlar. Əgər bu qısa müddətdə baş verməzsə, fraksiya Televiziya və Radio Şurasına müraciət edərək, nəinki izahat vermək və gələcəkdə bu cür halları istisna etmək, həm də günahkarları məsuliyyətə cəlb etmək tələbini irəli sürəcək”, – deyə Makuntz bildirib.

Bununla yanaşı, deputat bildirib ki, Paşinyanın mətbuat katibi Mane Gevorkyan bu vəziyyətdə günahkar sayılmır, çünki onun vəzifəsinə yayımın texniki detalları daxil deyil.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.