Tramp cibindən qulaq çubuğu çıxararaq hər kəsi təəccübləndirdi - VİDEO

21-04-2020, 00:00           
Tramp cibindən qulaq çubuğu çıxararaq hər kəsi təəccübləndirdi - VİDEO
ABŞ-da koronavirus testlərinin sayının az olduğu üçün uzun zamandır tənqid edilən Donald Tramp yenə öz hərəkəti ilə insanları təəccübləndirib.

Unikal.org Amerika KİV-ə istinadən xəbər verir ki, o, Ağ Evdə keçirilən mətbuat konfransı zamanı koronavirusla mübarizənin davam etdirildiyini bildirib. ABŞ Prezidenti həmçinin kiçik sahibkarlar və kənd xəstəxanaları üçün 450 milyard dollarlıq yardım paketinin yaxın müddət ərzində hazır olacağını da qeyd edib.

Tramp mətbuat konfransı zamanı ölkədə lazımi qədər koronavirus testlərinin olmadığı iddiasına maraqlı üsulla cavab verib. O, koronavirus test aparatı ilə cibindən çıxardığı qulaq çubuğunu qarşılaşdırıb.

Bu aparatın qulaq çubuğuna bənzədiyini və istehalının çox sadə olduğunu qeyd edən Tramp ölkədə yetərli qədər koronavirus testinin mövcud olduğunu açıqlayıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru