Almaniya Çindən 130 milyard avro təzminat istəyir –Koronavirusa görə

21-04-2020, 00:06           
Almaniya Çindən 130 milyard avro təzminat istəyir –Koronavirusa görə
Koronavirus pandemiyasına görə ciddi itkilərlə üzləşən Almaniya Çindən kompesasiya tələb edir.

Türkiyənin “NTV” telekanalı xəbər verir ki, bu məbləğ Almaniya iqtisadiyyatına koronavirusdan dəyən ziyanın həcmidir.

Bildirilib ki, rəsmi Berlinin Pekindən tələb etdiyi təzminatın məbləği 130 milyard avrodur. Bura turist, hava yolları, film sənayesinin itkiləri daxildir.

Məlumata görə, bir çox ölkə pandemiya ilə bağlı Çindən məhkəmə yolu ilə təzminat tələb etməyə hazırlaşır/Report.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.