ABŞ-da ötən sutka ərzində koronavirusdan 1,4 mindən artıq insan ölüb

21-04-2020, 08:05           
ABŞ-da ötən sutka ərzində koronavirusdan 1,4 mindən artıq insan ölüb
ABŞ-da ötən sutka ərzində yeni növ koronavirusdan 1433 nəfər dünyasını dəyişib.

Trend-in "REN TV"yə istinadən verdiyi məlumata görə, bunu federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universiteti bildirib.

Məlumata əsasən, ötən sutka həmçinin 25 249 yeni yoluxma halı qeydə alınıb.

Bildirilir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 784 minə yaxındır, koronavirusdan ölənlərin sayı 42 mini ötüb, təxminən 72 min nəfər sağalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru