Koronavirusun az yayıldığı ölkədə başqa epidemiya ortaya çıxdı - 170 min nəfər...

21-04-2020, 09:59           
Koronavirusun az yayıldığı ölkədə başqa epidemiya ortaya çıxdı - 170 min nəfər...
Afrika ölkəsi Zimbabvedə malyariya epidemiyası yayılıb.

Publika.az xəbər verir ki, ölkədə 170 min 303 nəfər infeksiyaya yoluxub, onlardan 152 nəfəri dünyasını dəyişib.

Zimbabve Səhiyyə Nazirliyindən verilən açıqlamaya görə, bu rəqəmlər son 4 ayda qeydə alınıb.

Zimbabvedə ağcaqanadların daha çox ortaya çıxdığı oktyabr-aprel aylarında yağışlı dövrlərdə malyariya infeksiyasına tez-tez rast gəlinir.

Qeyd edək ki, Zimbabvedə 25 nəfər koronavirusa yoluxub, 3 nəfər dünyasını dəyişib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru