Trampın müşavirindən diktator haqda ilginc açıqlama: "Nə baş verdiyini bilməliyik ki..."

22-04-2020, 00:01           
Trampın müşavirindən diktator haqda ilginc açıqlama:
Şimali Koreya lideri Kim Çen Inın hansı vəziyyətdə olduğunu bilmirik”.

Bunu ABŞ Prezidenti Donald Trampın Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert Obrayn deyib.

“Nə baş verdiyini bilməliyik ki, daha sonra siyasi varislik barədə danışaq”, - deyə ABŞ Prezidentinin müşaviri vurğulayıb.

Qeyd edək ki, Şimali Koreya liderinin səhhəti ilə əlaqədar məlumatlar ilk olaraq aprelin 15-də onun babası Kim İr Senin doğum gününə həsr olunmuş tədbirlərdə iştirak etməməsindən sonra ortaya çıxıb. CNN telekanalı məlumatlı mənbəyə istinad edərək Şimali Koreya liderinin ürək-damar əməliyyatından sonra ağır vəziyyətdə olması ilə bağlı xəbər yayıb/APA.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.