Lukaşenko onu dişləmək istəyənlərdən danışdı

22-04-2020, 00:05           
Lukaşenko onu dişləmək istəyənlərdən danışdı
Lukaşenko vurğulayıb ki, Belarus koronavirusla mübarizədə digər ölkələrə nisbətdə daha yaxşı hazırlıqlı olub

Belarus Prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, koronavirus pandemiyası ilə bağlı onun ölkəsini dişləmək istəyənlər var. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.

Lukaşenko vurğulayıb ki, Belarus koronavirusla mübarizədə digər ölkələrə nisbətdə daha yaxşı hazırlıqlı olub: "Ölkə səhiyyə sistemində lazımi strukturları qoruyub, saxlamışdı. Hazırda koronavirus siyasətə çevrilib. Hamı nəyəsə görə Lukaşenkonu, Belarusu dişləməyə çalışır".

Qeyd edək ki, Belarus koronavirus pandemiyası ilə bağlı sərt karantin tədbirləri tətbiq etməkdən imtina edib. Lukaşenko dəfələrlə digər ölkələrdə infeksiya ətrafında baş verənləri psixoz adlandırıb. Son məlumatlara görə, Belarusda 6264 nəfər koronavirusa yoluxub, 51 nəfər ölüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru