Şimali Koreyadan yeni xəbər gəldi: Kim Çen Inın bacısı rəhbər gətirilir - media

22-04-2020, 13:21           
Şimali Koreyadan yeni xəbər gəldi:
Şimali Koreyada ölkə lideri Kim Çen Inı fövqəladə vəziyyətdə kiçik bacısı Kim Yo Jung ilə əvəz etməyə hazırlaşırlar.

KONKRET.az xəbər verir ki, bu barədə Yaponiyanın “Yomiuri” qəzeti Cənubi Koreya və Amerika mənbələrinə istinadən yazır.

Mənbə bildirir ki, hakimiyyəti KXDR liderinin bacısına təhvil vermək qərarı 2019-cu ilin sonunda Koreya İşçi Partiyası Mərkəzi Komitəsinin plenar iclasında qəbul edilib.

Bu, Kim Çen Inın qəfil öldüyü təqdirdə baş verəcək.

Mənbələr iddia edir ki, bundan sonra “partiya və hərbi xətlər barədə çox sayda təlimatlar Kim Yo Jungun adından verilib.”

Mediada yayılan məlumatlara görə, yanvar ayında Fransadan gələn bir qrup həkim, yüksək təzyiq, ürək xəstəliyi və şəkər xəstəliyindən əziyyət çəkdiyi iddia edilən Kim Çen Inın vəziyyətinin pisləşməsi ilə əlaqədar olaraq Pxenyana baş çəkib.

Onun yerinə Kim Yo Jungun hazırlanması sürətlənib və o, Şimali Koreya iyerarxiyasında “iki nömrəli adam” olub.

Mediada Şimali Koreya lideri Kim Çen Inın sağlamlığı üçün “ciddi təhlükə” olduğu bildirilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.