Koronavirus mutasiyaya uğrayaraq 30 növə ayrılıb - Alimlərdən yeni araşdırma

23-04-2020, 00:05           
Koronavirus mutasiyaya uğrayaraq 30 növə ayrılıb -
Çinin Uhan şəhərindən dünyaya yayılmağa başlayan koronavirusla bağlı yeni araşdırma aparılıb.

“Qafqazinfo” xarici mediaya istinadla xəbər verir ki, Çində Zhejiang Universitetinin alimləri tərəfindən aparılan araşdırma zamanı Covid-19-un mutasiyaya uğrayaraq 30 fərqli növünün yarandığı və onlardan 19-na daha əvvəl rast gəlinmədiyi məlum olub.

Alimlər virusun ötən il heyvanlardan insana keçməsindən sonra dəfələrlə mutasiyaya uğradığını bildiriblər. Bəzi növlər bədəndəki hüceyrələri yox etmə “bacarığını” artırır, digərləri isə hüceyrələri öldürür və daha sürətlə çoxalmağa səbəb olur. Ən ölümcül mutasiyalar isə Avropada, nisbətən zəif olanlar ABŞ-ın bəzi əyalətlərində müşahidə olunur.

Mütəxəssislər, həmçinin, qeyd ediblər ki, virusun mutasiyaya uğraması orqanizmin immun sistemi ilə də əlaqəlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru