Britaniyada koronovirusdan 41 min adam ölüb – Nüfuzlu qəzetdən sensasiyalı araşdırma

23-04-2020, 00:03           
Britaniyada koronovirusdan 41 min adam ölüb –
Nüfuzlu “Financial Times”qəzetistatistika idarəsinin təhlillərinə əsasən Böyük Britaniyada koronavirusdan ölənlərin sayı azı 41,000 nəfərdir.

“Financial Times”-ın ekstrapolyasiyası bu yaxınlarda qeydə alınan rəsmi ölüm hallarının sayına əsaslanır. Bu rəqəmlərə xəstəxanalar xaricində baş verən ölümlər də daxildir.

Böyük Britaniyada ölüm halları barədə ən son məlumat bazar ertəsi, koronavirus testlərindən sonra yoluxanlardan 17 337 nəfərin xəstəxanalarda öldüyü barədə olub. Lakin “Financial Times”-ın araşdırmalarına əsasən, hazırda COVID-19-un yaratdığı tənəffüs sistemi xəstəliyindən ölənlərin sayının ikiqat çox olduğu ehtimal edilir.

Çərşənbə axşamı Milli Statistika İdarəsi aprelin 10-da başa çatan bir həftəərzindəİngiltərə və Uelsdə 18 516 nəfərin öldüyünü bildirib ki, bu, beş illdəölənlərin orta göstəricisindən 7 966 nəfər çoxdur.

Bu isə koronavirusdan ölənlərin sayının hazırda 41000 ətrafında olduğunu göstərir.

Milli Statistika İdarəsinin çərşənbə axşamına olan məlumatında COVID-19-dan ölüm halları konkret olaraq az göstərilib. Statistikanın son həftələr qocalar evlərində ölüm hallarının iki dəfə artdığını göstərməsinə baxmayaraq, COVID-19-dan ölənlərin yalnız 17% artdığı qeyd edilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.