Tramp ABŞ-a immiqrasiyanı iki ay müddətinə dayandırdı

23-04-2020, 04:28           
Tramp ABŞ-a immiqrasiyanı iki ay müddətinə dayandırdı
ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatlara immiqrasiyanın müvəqqəti dayandırılması haqqında fərman imzalayıb.

“Report” xəbər verir ki, bu barədə Ağ Ev lideri keçirdiyi brifinqdə deyib.

Fərmana görə, istisna yalnız koronavirusla mübarizədə köməyinə ehtiyac duyulan tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə aiddir.

Qeyd edək ki, immiqrasiyanın dayandırılması üzrə tədbirlər qarşıdakı 60 gün ərzində qüvvədə olacaq, sonra administrasiya bu məsələyə yenidən baxacaq. Ölkədə koronavirusun yayılması ilə əlaqədar, 22 milyondan çox amerikalı işini itirib.

ABŞ-da koronavirusa yoluxma hallarının sayı 839 minə çatıb. Birləşmiş Ştatlarda 46 079 nəfərpandemiyanın qurbanı olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru