Çində koronavirusa yoluxanların 93,2 faizi sağalıb

23-04-2020, 10:13           
Çində koronavirusa yoluxanların 93,2 faizi sağalıb
Son sutka ərzində Çində COVID-19 xəstəliyindən ölən olmayıb, xəstəxanada müalicə alanların sayı isə 10 nəfər artaraq 793-ə çatıb. Yoluxanların əksəriyyəti xarici ölkələrdən gələn insanlardır.

“Report” xəbər verir ki, bu barədə Çinin Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

2019-cu ilin dekabr ayından ölkədə COVID-19 xəstəliyinə tutulan insanların dəqiqləşdirilmiş ümumi sayı 82 798 nəfərdir, 4 632 xəstə isə həyatını itirib. Ölüm hallarının rəsmi göstəricisi isə 5,59 faiz təşkil edir.

Qurumun məlumatına əsasən, virusun Çinin materik hissəsinə yayıldığı vaxtdan bəri yoluxanların 93,2 faizi (77 207 nəfər ), o cümlədən son sutka ərzində 56 nəfər sağalıb.

Xaricdən gələn yoluxanların ümumi sayı 1 616 nəfərə çatıb, onlardan 793-ü hələ də müalicə alırlar (16-sının vəziyyəti ağırdır), 823 nəfər sağalaraq evə buraxılıb.

Çində yeni növ koronavirusun aşkarlandığı Uhan şəhərində yeni yoluxma qeydə alınmayıb, xəstəxanada müalicə alan 28 pasiyent evə buraxılıb.

İndiyədək Uhanda 50 333 nəfər yeni növ koronavirusa yoluxub. Onlardan 46 mindən çoxu sağalaraq evə yazılıb, 3 869 nəfər isə ölüb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.