Çinin qeydə almadığı yoluxma hallarının sayı açıqlandı – Araşdırma

23-04-2020, 20:18           
Çinin qeydə almadığı yoluxma hallarının sayı açıqlandı – Araşdırma
Koronavirus pandemiyasının miqyasını dünyadan gizlətməkdə ittiham edilən Çində yoluxanların gerçək sayı ilə bağlı araşdırma aparılıb.

Honkonq Universitetinin apardığı araşdırmanın nəticələri “Lancet” jurnalında yayımlanıb.

Araşdırmanın sonuclarına görə, ilkin dalğada 230 mindən çox yoluxma faktı gözardı edilib. Fevralın 20-də Çinin 55 min yoluxma halının qeydə alındığını açıqlamasına baxmayaraq, gerçək rəqəmlər bundan 4 dəfə çox olub.

Bildirilib ki, 15 yanvar-3 mart tarixləri arasında ölkənin Milli Səhiyyə Komissiyası 7 dəfə diaqnozun təyin edilməsində rol oynayan faktorları yeniləməyə məcbur qalıb. Belə ki, yüngül simptomlar və Uhanla heç bir bağlantısı olmayan pasiyentlərdə də koronavirus diaqnozunun ola biləcəyi açıqlanıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb/Report.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.