Rusiya hərbçiləri Liviyada kimyəvi silahdan istifadə edib - İDDİA

23-04-2020, 22:24           
Rusiya hərbçiləri Liviyada kimyəvi silahdan istifadə edib - İDDİA
“Rusiyanın muzdlu əsgərləri Tripolidə kimyəvi silahdan istifadə edib”.

Cebhe.info-nun məlumatına görə, Liviya Milli Razılaşma Hökumətinin daxili işlər naziri Fəthi Başağa belə açıqlama ilə çıxış edib.

Başağa qeyd edib ki, “Vaqner” qrupunun döyüşçüləri Tripolinin cənubundakı Səlahəddin cəbhəsində Liviya ordusunun əsgərlərinə qarşı zəhərli qazdan istifadə edib. Nazir Liviyada sabitliyi təmin etmək üçün Türkiyə, ABŞ və Böyük Britaniya ilə əməkdaşlığı davam etdirdiklərini bildirib.

O, Tunis və Əlcəzair ilə də bu istiqamətdə danışıqların aparıldığını söyləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru