Lukaşenko pandemiyaya görə sərhədləri bağlamayacaq

24-04-2020, 00:02           
Lukaşenko pandemiyaya görə sərhədləri bağlamayacaq
Belarus Prezidenti Aleksandr Lukaşenko koronavirus pandemiyası dövründə respublikanın dövlət sərhədlərini bağlamağa ehtiyac olmadığını bildirib.

Virtualaz.org bildirir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

“Biz insanlar və malların hələ də hərəkət etdiyi üç dəhliz müəyyən etmişik. Ehtiyac olmayacağı təqdirdə də sərhədləri bağlamaq niyyətində deyilik”, - A.Lukaşenko dayanıqlı milli iqtisadiyyat üzrə keçirilən iclasda çıxışı zamanı deyib.

Belarus lideri bunun ölkəyə heç də asan və ucuz başa gəlmədiyini vurğulayıb.

Bu arada Səhiyyə Nazirliyi məlumat yayıb ki, Belarusda son sutka ərzində daha 741 nəfər koronavirusa yoluxub. Bununla da virusa ümumi yoluxma sayı 8022 nəfərə çatıb.

O da bildirilib ki, pandemiya qurbanlarının sayı daha 2 nəfər artaraq 60-a yüksəlib, 938 nəfər isə xəstəlikdən sağalıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.