"NEFT MÜHARİBƏSİ" belə başlayıb: Səudiyyə şahzadəsi Putini təhdid etdi, üstünə qışqırdı

24-04-2020, 08:32           
"NEFT MÜHARİBƏSİ" belə başlayıb:
Ötən ay baş tutan OPEK sammiti öncəsi Rusiya Prezidenti Vladimir Putinlə Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman arasında sərt tonda telefon danışığı baş tutub.
Teref.az Axar.az-a istinadən xəbər verir ki, belə bir iddia ilə “Middle East Eye” nəşri məlumat yayıb.
Belə ki, neft bazarında mövcud qeyri-müəyyən vəziyyətlə bağlı danışıq zamanı şahzadə Putinə ultimatum verərək, “Əgər razılaşma olmasa, qiymət savaşı başladacağıq” deyib.
Öz növbəsində Putin də Salmana sərt cavab verib.
İddia edilir ki, hətta rəsmilər bir-birinin üzərinə qışqıraraq ağır tonda danışıblar.
Qeyd edək ki, məhz ötən ay razılaşma əldə edilmədiyi və hasilat azaldılmadığı üçün neft savaşı başlamış və qiymətlər daha da ucuzlaşmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru