MDB-nin virusa yoluxmayan iki ölkəsi – ÜST hərəkətə keçdi

24-04-2020, 15:05           
MDB-nin virusa yoluxmayan iki ölkəsi – ÜST hərəkətə keçdi
Gələn həftə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertlərindən ibarət bir heyət, hökumətlərin tədbirlərini qiymətləndirmək və COVID-19 pendemiyası ilə mübarizəyə dəstək vermək üçün Tacikistan və Türkmənistana gedəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə ÜST-ün Regional Ofisinin direktoru Hans Klyüg məlumat verib.

Bu günədək Tacikistan və Türkmənistanda bir nəfərdə də, koronavirusa yoluxma halı rəsmi olaraq qeydə alınmayıb. Qonşu Qırğızıstan, Özbəkistan və Qazaxıstanda pandemiya aşkar ediləndən sonra bu iki ölkədə ciddi karantin tədbirləri görülür.

Türkmənistan və Tacikistan da daxil olmaqla COVID-19 virusuna yoluxma hallarının olmadığı dünyada 14-ə qədər ölkə qalır.

Tacikistanda aprelin 16-da koronavirus üçün 2317 test keçirilib, bunlardan 440-ı təkrarlanıb. Bütün hallarda nəticələr mənfi olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.