Kim Çen In haradadır? Hamını maraqlandıran suala cavab gəldi

25-04-2020, 00:14           
Kim Çen In haradadır? Hamını maraqlandıran suala cavab gəldi
Şimali Koreya lideri koronavirusa yoluxma riskinin yüksək olduğu paytaxt Pxenyanı ötən həftə tərk edib.

Şimali Koreya lideri Kim Çen In hazırda Yapon dənizinin Şərqi Koreya körfəzi sahilində yerləşən özəl çimərlik villasındadır. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Cənubi Koreyanın "Channel A" telekanalına məlum olub.

Məlumata görə, Şimali Koreya lideri əhali sıxlığı üzündən koronavirusa yoluxma riskinin yüksək olduğu paytaxt Pxenyanı ötən həftə tərk edib. Bundan əlavə, guya siyasətçinin yaxın ətrafından olan şəxslərdə koronavirus aşkar edilib.

Kim Çen In təhlükəsizliyi üçün şəxsi qatarla özünə məxsus villanın yerləşdiyi Vonsan-Kalma kurortuna getmək qərarına gəlib. Həmçinin məlumdur ki, iqamətgahın ərazisində özəl tibb müəssisəsi yerləşir.

CNN telekanalı aprelin 21-də Amerika kəşfiyyatının nümayəndələrinə istinadən bildirib ki, Kim Çen In əməliyyatdan sonra kritik vəziyyətdədir. Bundan sonra Cənubi Koreyanın "Yonhap" agentliyi Şimali Koreya liderinin səhhətinin pisləşməsi barədə məlumatları təkzib edib. Bunu Cənubi Koreyanın prezident administrasiyasının nümayəndəsi də təsdiqləyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.