Çin mediasından ŞOK İDDİA – Kim Çen In öldümü?

25-04-2020, 02:23           
Çin mediasından ŞOK İDDİA – Kim Çen In öldümü?
Çin mətbuatı bir neçə gündür ağır xəstəlik xəbərləri yayılan Şimali Koreya liderinin öldüyü barədə sensasion məlumatlar yayıb.

Moderator.az xarici KİV-ə istinadla bildirir ki, Çində yayımlanan HKS TV-nin baş direktor müavini yayımdakı verilişlərin birində Şimali Koreya rəhbəri Kim Çenin öldüyünü söyləyib

İddia bütün dünyada geniş əks-səda doğurub.

Bu gün günorta saatlarında isə “New York Post” qəzeti onun Uonsanda tətildə olduğunu yazmışdı.

Qeyd edək ki, bir müddət əvvəl Kimin ürək əməliyyatı keçirdiyi xəbərləri də yayılmışdı. ABŞ prezidenti Tramp Kim Çenlə bağlı açıqlamasında “Yaxşı olmasını arzulayıram, aramızda yaxşı münasibət vardı. Xəbərlərdəki kimi bir durum varsa, bu, çox üzücüdür” – deyib.

Kremlin rəsmi sözçüsü Dimitri Peskov isə Şimali Koreyadan rəsmi məlumat gözlədiklərini söyləyib.

Çinin XİN sözçüsü Genq Şuanq isə Kimin sağlıq durumu ilə bağlı xəbərləri yaxından izlədiklərini, lakin əllərində bir dəlil olmadığını bildirib.

Müşahidəçilər Kim Çen In öldükdən sonra onun yerinə bacısı Kim Yo Çenin keçəcəyini və xanədanlığın davam edəcəyini bildirirlər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.