Trampa ÜST-ü maliyyələşdirməyə davam etmək məsləhət görülüb

26-04-2020, 00:03           
Trampa ÜST-ü maliyyələşdirməyə davam etmək məsləhət görülüb
Bu tövsiyələr Dövlət Departamentinin əməkdaşları tərəfindən ABŞ Milli Təhlükəsizik Şurasına göndərdiyi məktubda yer alıb.

Birləşmiş Ştatların Dövlət Katibi Mayk Pompeo ABŞ hökumətinə Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) maliyyələşdirməyə davam etməyi tövsiyə edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumatlı mənbəyə istinadən xəbər verir.

Agentliyin məlumatına görə, bu tövsiyələr Dövlət Departamentinin əməkdaşları tərəfindən ABŞ Milli Təhlükəsizik Şurasına göndərilən məktubda yer alıb. Məktubda qeyd olunur ki, ÜST 7 ölkədə - Əfqanıstan, Misir, Liviya, Pakistan, Sudan, Liviya və Türkiyədə poliomielit və COVİD-19 virusu ilə mübarizədə əhəmiyyətli rol oynayır.

Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp ölkəsinin Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) maliyyə yardımını dayandırdığını bəyan edib. Tramp bu addımı təşkilatın pis idarə edilməsinə və koronavirusla bağlı yalan məlumatlar yaymasına görə atıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru