Neftin qiyməti ikiqat dəyişəcək – OPEC prezidenti açıqladı

27-04-2020, 12:10           
Neftin qiyməti ikiqat dəyişəcək –
Neftin hazırkı qiyməti 2 dəfə bahalaşacaq.

Teref.az publika.az-a istinadən xəbər verir ki, bunu Neft İxrac edən Ölkələr Təşkilatının prezidenti (OPEC), Əlcəzairin Energetika naziri Məhəmməd Ərkab deyib.

Əlcəzair dövlət radiosuna açıqlama verən nazir bildirib ki, may və iyun aylarında neftin 1 barelinin qiyməti 40 dollar səviyyəsinə çıxacaq. Buna səbəb isə OPEC-ə üzv ölkələrin istehsalata məhdudiyyətə getməsi qərarının tətbiqi olacaq.

Qeyd edək ki, “Brent” markalı neftin 1 bareli beynəlxalq bazarlarda 21,7 dollara təklif edilir.

Xatırladaq ki, OPEC və OPEC+ ölkələri arasında 10 apreldə əldə edilən razılaşmaya görə neftin istehsalında məhdudiyyətlər tətbiq olunacaq. Qərar çərçivəsində gündəlik xam neft istehsalı miqdarının 1 may-30 iyun tarixləri arasında 10 milyon barelə, 1 iyul-31 dekabr tarixləri arasında 8 milyon barelə, 1 yanvar 2021-30 aprel 2022-ci il tarixləri arasında 6 milyon barelə salınması razılaşdırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru