Qorxu Kim Çeni “tərəvəzə çevirib”: Həkim onun ürəyinə stendi ancaq 8 dəqiqəyə qoyub

27-04-2020, 16:39           
Qorxu Kim Çeni “tərəvəzə çevirib”:
Çinli həkim öldüyü barədə xəbərlər yayılan Şimali Koreya lideri Kim Çen Inın səhhəti barədə məlumat verib.

Cebhe.info xəbər verir ki, həkimlə müsahibəni Yaponiyann "Shukan Gendai" qəzeti yazıb. Qəzet təhlükəsizlik səbəbilə həkimin adını açıqlamayıb.

Həkim bildirib ki, Kim Çen uğursuz əməliyyatdan sonra komaya düşüb və hazırda huşsuz vəziyyətdədir. Onun sözlərinə görə, səfərlərdən biri zamanı Kim Çenın vəziyyəti pisləşib, onu xəstəxanaya aparıblar və dərhal da Çindən həkim briqadası göndərilib.

Ancaq zaman Kim Çenın əleyhinə işlədiyindən, çinli həkimləri gözləmədən yerli həkim onu əməliyyat etməyə məcbur qalıb. Cərrah-kardioloq əməliyyat zamanı olduqca həyəcanlı olub və bu, onun işinə təsir edib. Buna görə də Kim Çen Inın ürəyinə stend qoyulması 8 dəqiqəyə başa gəlib: "Bu müddətdə Kim Çen "tərəvəzə çevrilib", çinli həkimlər də ona kömək edə bilməyiblər".

Xatırladaq ki, Kim Çenın vəziyyətinin ağırlaşması barədə ilk xəbər 11 apreldə yayılıb. Həmin müddətdən sonra ölkə mətbuatı onun barəsində heç bir məlumat verməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru