Haftar Liviyanı nəzarətə götürdüyünü iddia etdi

28-04-2020, 02:10           
Haftar Liviyanı nəzarətə götürdüyünü iddia etdi
Liviya Milli Ordusu bazar ertəsi ( 27 Aprel – Red) ölkəni nəzarətə götürdüyünü iddia edib. “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu özünü "Liviya Milli Ordusunun" komandanı Marşal Xəlifə Haftar açıqlayıb.

“Silahlı Qüvvələrin Baş Komandanlığı ölkənin idarəçiliyini ələ keçirir və Şirat Sazişinin ləğv olunduğunu elan edir”- deyə, bildirib.

Türkiyə mətbuatı Faiz Sərac hökumətinə istinadən bu iddianı təkzib edib.

Qeyd edək ki, Şirat Sazişi 2015-ci ilin dekabr ayında Mərakeşin Şirat şəhərində imzalanıb və özündə silahlı münaqişə tərəfləri arasında mövcud olan problemin siyasi yolla həllini ehtiva edir.

Bu, Liviyada hakimiyyətlərin qurulmasını təmin edən BMT-nin sülh planına əsaslanırdı. Nəticədə ölkədə Milli Razılıq Hökuməti və Prezident Şurası (Dövlət başçısının funksiyalarını yerinə yetirir - Red) yaradıldı. Hazırda hər iki quruma Baş Naziri Faiz Sərac rəhbərlik edir.

Razılaşmaya əsasən, bütün neft gəlirləri Tripolidəki Mərkəzi Banka daxil olmalı idi. Vəsait isə bölgənin inkişafı üçün deyil, hərbi texnikanın alınması və hərbçilərin məvacibinə xərclənməli idi.

Qeyd edək, Haftar dəfəlrlə Liviyaya nəzarəti ələ keçirdiyini iddia etsə də, yalan çıxıb. Onun nəzarətində olan ərazilərin böyük hissəsi səhralıqdan ibarətdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru