Neft bolluğu: ABŞ məhsulu saxlamağa yer tapa bilmir

29-04-2020, 02:33           
Neft bolluğu:
Dünya bazarında neft qiymətlərini kəskin azaldan amillərdən biri də məhsulun çoxluğudur. Təklif tələbi üstələyir. Neft istehsalçılarının ehtiyat anbarları tükənir.

365.Az xəbər verir ki, ABŞ məhsulu saxlamağa yer tapa bilmir. “Bloomberg”in məlumatına görə, Amerika neft şirkətləri ölkənin strateji ehtiyat yerlərinə müraciət etməli olub. Ən azı may-iyun aylarında vəziyyətdən çıxmaq üçün başqa yol qalmır.

İcarəyə verilən ABŞ-ın ehtiyat anbarları yalnız 23 milyon barelə “qucaq açmaq” iqtidarındadır. Bu gün 1,1 milyon barelin anbarlara yönləndirildiyi bildirilir. Proses həyata keçirilsə də, Amerika şirkətləri xammalı gələn ilin martına qədər buradan götürməlidir. Məhsulun müəyyən hissəsi icarə haqqı kimi saxlanılacaq.

Əslində, ehtiyat anbarlarda xeyli çox – 713,5 milyon barelə yer var. Amma ABŞ hökuməti bütün yerləri icarəyə vermək istəmir.

Ehtiyat anbarlar 1973-cü ildə enerji böhranı zamanı fövqəladə vəziyyət üçün yaradılmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru