Zelenski Saakaşviliyə yeni vəzifə təklif etdi - Görüş

29-04-2020, 05:43           
Zelenski Saakaşviliyə yeni vəzifə təklif etdi - Görüş
Mixail Saakaşvili bu gün Milli İslahatlar Şurasına qoşulmağa dəvət olunub.

Bu barədə öz mənbələrinə istinadən “RBC-Ukrayna” məlumat yayıb.

Nəşrin mənbəsinin verdiyi məlumata görə, Saakaşvili Milli İslahatlar Şurasına təyinat məsələsi ilə bağlı Prezident Aparatında görüşlər keçirib.

“Baş nazirin müavini vəzifəsinə təyin olunmasında mövcud olan çətinliklər nəzərə alınaraq, Saakaşvilinin Milli İslahatlar Şurasına qoşulma variantı nəzərdən keçirilir”, – deyə mənbə bildirib.

Xatırladaq ki, 22 apreldə Saakaşvili Prezident Vladimir Zelenskidən Baş nazirin müavini vəzifəsini icra etmək təklifi aldığını bildirmişdi. Aprelin 24-dən isə Saakaşvili Xalqın Xidmətçisi Partiyasının deputatları ilə görüşlərə başladı. Mediada yayılan məlumatlara görə, danışıqlardan sonra Saakaşvilinin təyin olunması üçün təxminən 140-170 arası səs toplanıb. Bu isə Baş nazir müavininin təsdiqlənməsi üçün kifayət deyil.

Bundan sonra Ukrayna Nazirlər Kabineti Ali Radadan Mixail Saakaşvilinin Baş nazirin müavini təyin edilməsi ilə bağlı təqdimatı geri götürüb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.