Çin və ÜST prezidenti haqqında istintaq tələbi: koronavirusun yayılmasına səbəb...

29-04-2020, 12:58           
Çin və ÜST prezidenti haqqında istintaq tələbi: koronavirusun yayılmasına səbəb...
ABŞ Konqresi Nümayəndələr Palatasının senatoru Maykl Makkaul Çin hökuməti və Ümumdünya Səhiyyə Təşkilatı barəsində istintaq başladılmasını tələb edib.

Publika.az xəbər verir ki, palatanın Xarici Əlaqələr Komitəsinin üzvü koronavirusun pandemiyaya çevrilməsinə səbəb olan yanlışlıqlara görə araşdırma başlanmasını istəyib.

Senator yazılı açıqlamasında bu fikirlərə yer verib: “Xarici Əlaqələr Komitəsi xüsusilə pandemiyanın ilk günlərində Çin Kommunist Partiyasının və Ümumdünya Səhiyyə Təşkilatının baş katibi Tedros Adhanom Qebreyesusun işlərini araşdırmalıdır. Çox senatorun respublikaçı həmkarlarıma qoşularaq bu istintaqı adil və bitərəf formada aparacağına ümid edirəm. Tarixdəki xətalardan dərs almasaq, onları yenidən yaşamağa məhkum olarıq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru