Ərəb şahzadəsi "Mançester Siti”nin təyyarəsilə Ermənistana yardım göndərdi - VİDEO

30-04-2020, 00:01           
Ərəb şahzadəsi "Mançester Siti”nin təyyarəsilə Ermənistana yardım göndərdi - VİDEO
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) aprelin 27-də Ermənistana koronavirusla mübarizə məqsədilə tibbi ləvazimatların yer aldığı təyyarə göndərib.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, tibbi yardım Ermənistan prezidenti Armen Sarkisyan ilə Abu Dabi şahzadəsi və eyni zamanda da BƏƏ-nin Silahlı Qüvvələrinin baş komandanının müavini olan Məhəmməd bin Zayed Əl Nahyan arasında əldə olunan razılıq nəticəsində baş tutub.
Maraqlıdır ki, tibbi yardım Ermənistana BƏƏ hava yollarına məxsus təyyarələrlə deyil, İngiltərənin "Mançester Siti” futbol klubuna məxsus təyyarə ilə çatdırıldı.
Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən "Mançester Siti”oyunçuları karantindədilər və bu səbəbdən də kluba məxsus təyyarə ilə humanitar yardımlar daşınır.
Onu da bildirək ki, "Mançester Siti” klubunun prezidenti Şeyx Mansur Abu Dabi şahzadəsi Məhəmməd bin Zayed Əl Nahyanın qardaşıdır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru