Ermənistanın vitse-spikerini KÜÇƏDƏ DÖYDÜLƏR

30-04-2020, 00:02           
Ermənistanın vitse-spikerini KÜÇƏDƏ DÖYDÜLƏR
Bu gün Yerevanda Ermənistan parlamentinin sədr müavini Alen Simonyan ilə “Adekvad” ictimai-siyasi təşkilatının üzvləri arasında dava olub.

“Adekvad” üzvlərindən Konstantin Ter-Nakalyan təşkilatın rəhbəri Artur Danielyanın burnu əzilmiş haldakı şəklini sosial şəbəkədə yerləşdirərək ona Simonyanın hücum etdiyini yazıb.

Eyni zamanda 39 yaşlı A.Simonyan “Azadlıq” radiosunun (RFERL) Ermənistan bürosuna bildirib ki, A.Danielyan dostları ilə bir yerdə ona küçədə hücum edib: “Danielyanın burnu zədələnib, mənim də başım əzilib”.

Qeyd edək ki, baş nazir Nikol Paşinyanın siyasətinə qarşı çıxan “Adekvad” ölkənin Soros Fondu tərəfindən idarə olunduğunu bildirir. \\İnterfax












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru