Bu da kollektiv immunitetin sonu: İngiltərə koronavirus ölümlərində rekord qırdı – bir gündə 4 min 419 qurban

29-04-2020, 22:29           
Bu da kollektiv immunitetin sonu:
Kollektiv immunitet nəzəriyyəsini əsas götürüb heç bir karantin tədbirləri almayan, məhz bu səbəbdən də az qala Baş nazirini itirəcək vəziyyətə gələn Böyük Britaniya bu gün “əsrin vəbasının” ağır bədəli ilə qarşılaşıb.

Ovqat.com-un ÜST-ə istinadən verdiyi məlumatına görə, son 24 saatda Böyük Britaniya 4 min 419 vətəndaşını koronavirusa qurban verib. Qeyd edək ki, bu, indiyədək heç bir dövlətin bir gündə vermədiyi itki deməkdir. İndiyə qədərki rekord ölüm göstəriciləri 3 mini belə keçmirdi. Heç bir dövlətin bir gündə qarşılaşmadığı bu ağır itkilərdən sonra İngiltərədə koronavirusdan ölənləri sayı 26 min 97-yə yüksəlib.

Ölkədə bir sutka ərzində yoluxduğu təsbit olunanların sayı da az olmayıb - 4 min 076. İngiltərədə bu günə qədərki ümumi yoluxma sayı 165 min 221-ə yüksəlib.

İngiltərə kollektiv koronavirusa qarşı immunitet strategiyası mənimsədiyindən ölkədə nə qədər insanın sağaldığının statistikası aparılmır. Bu səbəbdən də ölkədə koronavirusun öldürücülük nisbətini müəyyənləşdirmək də mümkün deyil.

Məlumat üçün bildirək ki, kollektiv immunitet strategiyası əhalinin ən azı 60%-nin virusa yoluxmasının toplumun virusa qarşı təbii müqavimət gücünü formalaşdırması məntiqinə söykənir. Bu nəzəriyyəyə görə, onsuz da virus dünya əhalisinin böyük əksəriyyətinə yoluxacaq, elədirsə ondan qaçmaqdansa, tez bir zamanda yoluxub normal həyata dönmək lazımdır. Tibb mütəxəssislərin fikrincə, ən ağır epidemiyalar belə əhalinin 60%-nə yoluxduqdan sonra yayılma zinciri qırılır və infeksiya təsirsiz hala düşür. Rəsmi London da bu düşüncəni əsas götürərək koronavirusa qarşı karatin rejimi tətbiq etməmişdi.

Onun söykəndiyi digər başlıca arqument isə İngiltərənin bu virusla mübarizə aparmağa nə maddi, nə də tibbi logistik potensialının çatmaması əndişəsi idi. Halbuki, İngiltərə hökuməti koronavirusla mübarizə üçün 412 milyar dolar ayırmışdı.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.