FED uçot dərəcəsini 0-0,25 faiz saxladı

30-04-2020, 00:34           
FED uçot dərəcəsini 0-0,25 faiz saxladı
ABŞ-ın mərkəzi bankının funksiyalarını yerinə yetirən Federal Ehtiyat Sistemi (FED) gözlənildiyi kimi illik uçot dərəcəsini 0-0,25 faiz saxlayıb.

“Report” xəbər verir ki, bu barədə maliyyə tənzimçisinin rəhbərliyin iclasının nəticəsinə əsasən xəbərində deyilir.

"Davam edən böhran yaxın vaxtlarda iqtisadi fəallığa, məşğulluğa və inflyasiyaya əhəmiyyətli dərəcədə təsir edəcək və bu, orta müddətli perspektivdə iqtisadiyyat üçün əhəmiyyətli riskləri yaradır. Bu hadisələri nəzərə alaraq, komitə federal fondlar üzrə payın məqsədli diapazonunu 0-0,25 faiz səviyyədə saxlamağa qərar verdi", - tənzimləyicinin saytında deyilir.

Xatırladaq ki, FED uçot dərəcəsini martın 16-da 0-0,25%-ə qədər endirib və koronavirusa görə risklərlə mübarizə çərçivəsində uçot dərəcəsini ciddi şəkildə azaldıb. Tənzimləyicinin həmin vaxt yaydığı açıqlamada qeyd edilirdi ki, koronavirusun fəsadları qısamüddətli perspektivdə iqtisadi fəallığa təsir göstərəcək və bu perspektivlər üçün təhlükə yaradır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru