28 yaşlı gözəlçə partiya sədri oldu - fotolar

27-04-2015, 12:45           
28 yaşlı gözəlçə partiya sədri oldu - fotolar
İsveç Xristian Demokratlar Partiyası ölkə tarixində bir ilkə imza atıb.

Axar.az xəbər verir ki, keçirilən seçkilərin sonucunda 28 yaşlı Ebba Buş Tor qalib gələrək partiyanın ilk qadın lideri olub.

Seçkilərə yeganə namizəd olaraq qatılan xanım Tor jurnalistlərə verdiyi açıqlamasında ənənəvi mühafizəkar dəyərləri müdafiə edəcəyini və ailə hüquqları üçün mübarizəni etməyə davam etdirəcəyini bildirib.

Bildirək ki, Uppsala Universitetinin Sosial Elmlər fakültəsində təhsil alan Tor 2006-ci ildən Xristian Demokrat Partiyasının üzvüdür.

Xatırladaq ki, Xristian Demokatların 349 yerlik İsveç Parlamentində (Riksdaq) 16 millət vəkili, Avropa Parlamentində isə bir millət vəkili var. 1964-ci ildə qurulan Xristian Demokrat Partiyası 1985-ci ildən parlamentdə təmsil olunur.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru