Almaniyada məktəblər və bərbərxanalar açılır

30-04-2020, 03:54           
Almaniyada məktəblər və bərbərxanalar açılır
36 mindən çox insanın koronavirusa (Covid-19) yoluxduğu, 6 mindən çox insanın bu virus səbəbindən öldüyü Almaniyada mayın 4-dən etibarən məktəblər və bərbərxanalar yenidən fəaliyyətə başlayacaq. Yeniavaz.com Xeber.de-yə istinadən xəbər verir ki, ictimai nəqliyyat və iş yerlərində məcbur maska taxıldığı Almaniyada məktəblər mərhələli şəkildə açılacaq.

Təhsil prosesinin məktəblərdə necə normallaşdırılması hələ bilinməzkən, əyalətlərin hər biri bu barədə özləri müstəqil qərar verəcəklər.

Koronavirusla bağlı karantin tədbirlərinin yumşaldılması çərçivəsində mayın 4-dən etibarən bərbərxanalar da fəaliyyətə başlaya biləcək.

Almaniyada nümayişlərə və toplantılara qoyulan məhdudiyyətlər də əyalətə görə dəyişir. Bəzi əyalətlərdə 20 nəfərin bir araya gəlməsinə icazə verilir, digərlərində isə şou və toplantıların tamamilə qadağan olunduğu bildirilir.

Mayın 4-də ibadət yerləri - məscid, kilsə və sineqoqların açılması da planlaşdırılır.
Foto © Xeber.de












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.