BMT-dən Suriya xəbərdarlığı: Bədəli çox ağır olacaq

30-04-2020, 08:55           
BMT-dən Suriya xəbərdarlığı: Bədəli çox ağır olacaq
Koronavirus pandemiyası dövründə Suriyada atışmalar davam edərsə, bədəli çox ağır olacaq.

Axar.az xəbər verir ki, bu sözləri BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Qeyr Pedersen deyib.

Diplomat ölkənin cənubunda təhlükəsizlik şərtlərinin narahatlıq doğurduğunu və çöllük ərazilərdə İŞİD-in yenidən dirçəldiyini bildirib:

“Suriyada müdafiəsiz insanların köçünə səbəb olacaq yeni müharibə ilə barışa bilmərik. İki ay əvvəl bu dəhşətə şahid olduq. Bu ssenarinin pandemiyadan əvvəl qarşısını ala bilmədik, pandemiya dövründə olarsa, bədəli çox ağır olar”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru