Əvvəl diktatorun ölümü, indi də aclıq: Şimali Koreyadan pis xəbərlər gəlir

30-04-2020, 10:20           
Əvvəl diktatorun ölümü, indi də aclıq: Şimali Koreyadan pis xəbərlər gəlir
“Şimali Koreyada real aclıq təhlükəsi var”.

Cebhe.info xəbər verir ki, bu bəyanatı ABŞ dövlət katibi Mayk Pompeo verib.

O bildirib ki, ölkədə yayılan koronavirus özü ilə həm də aclıq problemini gətirib. Siyasətçinin sözlərinə görə, Şimali Koreya ərzaq çatışmazlığı ilə üz-üzədir:

"Biz bütün baş verənləri diqqətlə izləyirik. Çünki bu, bizim planlarımıza, Şimali Koreyanın nüvəsizləşdirilməsi planına təsir edə bilər".

Qeyd edək ki, son günlər Şimali Koreyada vəziyyətin necə olmasına dair mübahisəli xəbərlər yayılır.

Ölkə rəhbəri Kim Çen Inın öldüyünə, yoxa çıxdığına dair informasiyalar var. Həmçinin, ölkədə virusun geniş yayıldığı, ancaq tibb sisteminin ona qarşı effektli mübarizə apara bilmədiyi vurğulanır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru