ABŞ Səudiyyə Ərəbistanı qarşısında şərt qoyubmuş

30-04-2020, 20:58           
ABŞ Səudiyyə Ərəbistanı qarşısında şərt qoyubmuş
OPEC+ ölkələri neft hasilatını azaltmasa, ABŞ həmin ölkələrdən biri olan Səudiyyə Ərəbistanından öz hərbi qüvvələrini çıxartmalı olacaq.


Bunu ABŞ prezidenti Donald Tramp aprelin 2-də Səudiyyə vəliəhdi Məhəmməd bin Salmanla telefon söhbəti zamanı bildirmişdi.

Mənbələrin dediyinə görə, bu sözlərdən karıxan vəliəhd hətta köməkçilərindən otağı tərk etmələrini istəyib. Belə ki, neft hasilatı azaldılmasa, Konqresin Səudiyyə Ərəbistanından ABŞ qüvvələrinin çıxarılmasına da gətirib çıxara biləcək məhdudiyyətlər tətbiq etməsinə Ağ Evin mane ola bilməyəcəyi diqqətə çatdırılmışdı.

Mart ayının sonunda da respublikaçı senatorlar Kevin Kramer və Dan Sallivan Səudiyyə Ərəbistanının neft sənayesi ilə bağlı addımlarına görə bu ölkəyə hərbi yardımları dayandırmaqla ABŞ qüvvələrinin də oradan çıxarılmasını nəzərdə tutan qanun layihəsini Konqresə təqdim etmişdilər.

Dünən isə D.Tramp Səudiyyə Ərəbistanı qarşısında, doğrudan da, belə şərt qoyub-qoymadığı barədə "Reuters"in sualına “belə sözlər deməməliydim” şəklində cavab verib. Çünki onun dediyinə görə, Məhəmməd bin Salman neftin ucuz olması səbəbindən problemlərin ortaya çıxdığını başa düşür.

Xatırladaq ki, aprelin 12-də OPEC+ formatının iştirakçısı olan ölkələr uzun müzakirələrdən sonra may-iyun aylarında hasilatı (2018-ci ilin oktyabr səviyyəsinə nisbətən) 9,7 milyon barel həcmində azaltmaq barədə yeni razılığa gəldilər. Sonrakı dövrdə ilin sonunadək azaltmanın həcmi 7,7 milyon barel, 2021-ci ilin yanvar ayından 2022-ci ilin aprel ayınadək isə 5,8 milyon barel nəzərdə tutulur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru