Rusiya İrana nüvə yanacağı göndərib.

1-05-2020, 08:25           
Rusiya İrana nüvə yanacağı göndərib.
İrana tətbiq edilən sanksiyalara baxmayaraq Rusiya bu ölkənin Buşehr atom elektrik stansiyasının fəaliyyətini davam etdirmək üçün İrana nüvə yanacağı göndərib.

Ovqat.com xəbər verir ki, bunu Rusiyanın Tehrandakı səfiri Levan Caqaryan bəyan edib.

Yanacağın verilməsinin Buşehr nüvə təsisatının fəaliyyətini davam etdirə bilməsi üçün zəruri adlandıran səfir rəsmi Moskvanın Tehranla nüvə sahəsində əlaqələrə xüsusi əhəmiyyət verdiyini deyib.

Lakin o, təhvil verilən yanacağın miqdarını açıqlamayıb.

Qeyd edək ki, 2015-ci ildə P5+1 ölkələri ilə imzalanan nüvə sazişindən İran bütün yanacaqlarını Rusiyaya təhvil vermişdi. Görünür, Rusiya indi həmin yanacaqları geri qaytarır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru