Çin Trampın açıqlamasına CAVAB VERDİ: “Əsassız və tamamilə uydurma iddialardır”

1-05-2020, 15:02           
Çin Trampın açıqlamasına CAVAB VERDİ:
Çinin Xarici İşlər Nazirliyinin mtbuat nümayəndəsi Qenq Şuan yeni tipli koronavirusun Vuhan Virusologiya İnstitutunun laboratoriyasından çıxdığı barəsində iddiaları təkzib edib.

Qenq bu gün yaydığı açıqlamada Vuhan Virusologiya İnstitutunun yeni bir koronavirus meydana çıxarmaq qabiliyyətinə malik olmadığını və bunu qətiyyən etmədiyini bildirərək deyib: “Bunlar əsassız və tamamilə uydurma iddialardır”.

Qenq amerikalı siyasətçilərin Çinin pandemiyanın yayılmasına görə məsuliyyət daşıdığı barəsindəki açıqlamalarını tənqid edərək, ABŞ-ın vaxtını epidemiyaya daha yaxşı nəzarət eləməyə xərcləməli olduğunu bildirib.

Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Donald Tramp Kovid-19-un Vuhandakı bir laboratoriyadan çıxdığına dair dəlilləri gördüyünü bəyan edib.

Hurriyyet.org












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.