VAHİD ƏLƏKBƏROV MİLYARDLARLA DOLLAR ZƏRƏRƏ DÜŞÜB - Rusiyada bu il yalnız Kərimov sərvətini artırıb

1-05-2020, 18:28           
VAHİD ƏLƏKBƏROV MİLYARDLARLA DOLLAR ZƏRƏRƏ DÜŞÜB - Rusiyada bu il yalnız Kərimov sərvətini artırıb
Ən zəngin rusiyalıların sərvəti 2020-ci ilin əvvəlindən, ümumilikdə, 46 milyard dollar azalıb.

Bu barədə “RİA Novosti” “Bloomberg Billionaires Index” reytinqinə əsasən məlumat yayıb.

İndeks milyarderlərin pay sahibi olduğu şirkətlərin səhmlərinin dəyərinə əsasən hesablanır.

Ümumiyyətlə, dünyanın ən zəngin 500 insanının daxil olduğu reytinqdə 23 Rusiya vətəndaşı yer alıb.

Siyahıda olan rusiyalı milyarderlərdən yalnız Süleyman Kərimov sərvətini 691 milyon dollar artıra bilib.

“Nornikel”in sahibi Vladimir Potaninin sərvəti ilin ilk dörd ayında 2,04 milyard dollar azalaraq, 26 milyard dollara çatıb. NLMK şirkətinin əsas benefisiarı Vladimir Lisin bu müddətdə 3,84 milyard dollar itirib (hazırda sərvəti 17,6 milyard dollardır).

Ən çox sərvət itirən isə “Novateka” şirkətinin şəriki Leonid Mixelsondur. Onun sərvəti 7,66 milyard dollar azalaraq, 16,9 milyard dollara bərabər olub. “Severstal”ın sahibi Aleksey Mordaşovun kapitalı 3,8 milyard dollar azalaraq, 16,2 milyard dollara qədər enib.

“LUKoil”un prezidenti Vahid Ələkbərovun sərvəti isə 6,56 milyard dollar azalıb. Hazırda V.Ələkbərovun sərvətinin həcmi 15,7 milyard dollara bərabərdir./oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru