Tramp tərəfdarları parlamentə silahlı basqın etdilər

1-05-2020, 18:32           
Tramp tərəfdarları parlamentə silahlı basqın etdilər
ABŞ-ın Miçiqan əyalətində karantin tədbirlərinin ləğv edilməsini istəyən silahlı Donald Tramp tərəfdarları parlament binasına basqın ediblər.

Tramp isə nümayişçilərin tərəfini tuturaq deyib: “Onlar yaxşı insanlardırlar, sadəcə, qəzəbləniblər”.

“Amerikalı Vətənsevər Yürüşü” adı verilən nümayişdə iştirak edən etirazçılardan bəzilərinin Donald Trampın lehinə plakatlar qaldırmaları və əllərind tüfəng olması diqqət çəkib. Etirazçılar sosial məsafə qaydalarını pozublar, çox az sayda nümayişçi maskadan istifadə edib.

Nümayişçilrin bəziləri iclas zalına daxil olmağa çalışsalar da, polis onların qarşısını kəsib. Silahlı etirazçıların fotolarını paylaşan senator Dayna Polehanki, bəzi senatorların polad jilet geyindiklərini bldirib. Nümayişçilər ştatın demokrat qubernatoru Qretxen Vitmeri Hitlerlə müqayisə ediblər.

ABŞ prezidenti öz “Tvitter” səhifəsində silahlı etirazçıları “xoşniyyət insanlar” adlandıraraq, qubernator Vitmerə “ağıl verib”: “Miçiqan qubernatoru bir az irəli addım atıb atəşi söndürməlidir. Onlar çox yaxşı insanlardırlar, lakin qəzəblidirlər. Onlar həyatlarını geri istəyirlər, təhlükəsiz şəkildə. Onlarla görüşün, danışın, razılaşma əldə edin”.

Hurriyyet.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru