Kim Çen In ictimaiyyət qarşısına çıxdı

2-05-2020, 02:26           
Kim Çen In ictimaiyyət qarşısına çıxdı
Koreya Xalq Demokratik Respublikası Dövlət Şurasının sədri Kim Çen In Sunçxondakı gübrə zavodunun açılış mərasimində iştirak edib. “Report” xəbər verir ki, bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi bildirib.

Bu, dövlət başçısının 20 gün ərzində ilk dəfə ictimaiyyət qarşısında çıxmasıdır.

"Hörmətli ali sədr, yoldaş Kim Çen In mərasimdə iştirak edərək tikintinin tamamlanması simvolu olan lenti şəxsən kəsdi", - agentlik qeyd edib.

Daha əvvəl ölkənin “Nodon sinmun” qəzeti bildirib ki, Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının sədri sənədlərlə işləməyə davam edir. O, Vonsan-Kalmanın şərq sahilində turizm zonasının inşaatçılarına minnətdarlıq məktubu göndərib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru