BMT TŞ pandemiya zamanı ölkələrə yardım tədbirləri barədə qətnaməni müzakirə edir

2-05-2020, 04:37           
BMT TŞ pandemiya zamanı ölkələrə yardım tədbirləri barədə qətnaməni müzakirə edir
BMT Təhlükəsizlik Şurası pandemiya ilə mübarizə tədbirlərinə dair qətnamə layihəsi ilə bağlı məsləhətləşmələr aparır, lakin hələki konsensus əldə edilməyib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu videokonfrans formatında keçirilən brifinq zamanı Estoniyanın BMT-dəki daimi nümayəndəsi Sven Yurgenson deyib.

S.Yurgenson bildirib: "İki qətnamə təklif edilib: Təhlükəsizlik Şurasının 10 qeyri-daimi üzvünün layihəsi və 5 daimi üzvünün layihəsi. İndi variantların hər ikisi birləşdirilib. Masada bir qətnamə var, amma hələlik bununla bağlı konsensus əldə edilməyib. Təhlükəsizlik Şurasının bəzi üzvləri arasında siyasi fikir ayrılığı var".

Daimi nümayəndə qeyd edib ki, qətnamə üzərində iş davam edir: "Ümid edirəm ki, bu fikir ayrılıqları ən qısa zamanda həll ediləcək. Hesab edirəm ki, BMT Təhlükəsizlik Şurası bu mövzuda aktiv fəaliyyət göstərməlidir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru