Virusla bağlı yeni kəşfiyyat hesabatı: “Peyvəndin tapılmaması üçün gizlədilib”
2-05-2020, 22:23
Koronavirusla bağlı yeni xəbərlər gəlməyə davam edir. Avstraliya, İngiltərə, Kanada, Yeni Zellandiya və ABŞ xüsusi xidmət orqanlarının Çinin fəaliyyətini izləmək üçün yaratdığı "Beş Göz İttifaqı" adlı kəşfiyyat xidmətindən sızan hesabata görə, Çin virusla bağlı yalan danışır.
Cebhe.info xəbər verir ki, "The New York Post" bu haqda xəbər yazıb. Xəbərə görə, hesabatda Çinin virusun insandan insana ötürüldüyü barədə məlumatları gizlətdiyi və Qərbin peyvəndi tapa bilməməsi üçün virus nümunələri verməkdən imtina etdiyi iddia edilib. 15 səhifəlik araşdırma virusun Uhan Virusologiya İnstitutundan yayıldığına işarə edir. Yüksək səviyyəli bir kəşfiyyat mənbəyi "Fox News"a açıqlama verib:
"Kəşfiyyat orqanlarının bir çoxu virusun Uhandakı labaratoriyadan çıxdığına, səhvən xaricə yayılmasına inanır".
Hesabatda dekabr ayının əvvəlindən bəri virusun insandan insana ötürüldüyünə dair dəlil olduğu, lakin Çinin bu məlumatı 20 yanvar tarixinə qədər saxladığı və təkzib edildiyi bildirilir.