Yaxın zamanda Bəşər Əsəd gedəcək - Cefri

3-05-2020, 10:53           
Yaxın zamanda Bəşər Əsəd gedəcək - Cefri
Yaxın zamanda Bəşər Əsəd gedəcək və Suriyada rejim dəyişəcək.

Axar.az “Yeni Akıt” nəşrinə istinadən xəbər verir ki, bunu ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri deyib.

O bildirib ki, ABŞ Dəməşqə qarşı sanksiyalar tətbiq etməkdə davam edəcək:

“Siyasi həll yolu qəbul edilənə qədər Suriya rejiminə qarşı sanksiyaların tətbiq olunmasının tərəfdarıyıq. İqtisadi sanksiyalar rejim liderinə çox yaxın olan şəxslər üçün vəziyyəti daha da pisləşdirir. Məqsədimiz də budur. Bu şəxslər Əsədi dəstəkləməyə davam edərlərsə, onları parlaq gələcək gözləmədiyini açıq şəkildə bildirmək istəyirik”.

C.Cefri qeyd edib ki, İdlib Suriyada müxalif qüvvələrin qalası sayılır:

“İdlib rejim qüvvələrinin əlinə keçməyəcək və yaxın zamanda Əsəd taxtdan enəcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru