Amerika qırıcıları xalqa ilham verdi - “Bu uçuşlar insanlara ruh vermək üçündür”

3-05-2020, 13:24           
Amerika qırıcıları xalqa ilham verdi -
ABŞ Hərbi Hava Qüvvələrinin “Thunderbirds” (əfsanəvi quş adıdır. Şimali Amerikanın yerli xalqlarının mifologiyasına görə, göy üzünə ildırımları bu quşlar gətirir. E.H) və ABŞ Hərbi Dəniz Qüvvələrinin Mavi Mələkləri şənbə günü paytaxt Vaşinqtonda və digər Amerika şəhərləri üzərində uçublar.

Hərbi pilotlar koronavirusla mübarizədə ön cəbhədə olan tibb işçilərini salamlamaq və onlara ehtiram göstərmək üçün belə bir tədbir keçiriblər. Bu barədə Fransanın “AFP” agentliyi xəbər yayıb.

Agentlik xatırladır ki, ABŞ-da 1.1 milyon insan koronavirusa yoluxub, 66 min nəfər isə bu virusdan ölüb. Hərbi təyyarələrin uçuşu hazırda ağır günlər yaşayan amerika xalqında özünə inam hissinin yüksəldilməsinə hesablanıb.

ABŞ Hərbi Hava Qüvvələrinin “Thunderbirds” bölümünün rəhbərliyi rəsmi “Twitter” səhifəsində bu məsələyə belə münasibət bildirib: "Onlar bu çətin dövrdə bütün ölkəyə mübarizə ruhu və ilham vermək üçün bunu etdilər. Bu məqsədi həyata keçirmək onlar üçün şərəfdir".

Elbəyi Həsənli.Sürix
Musavat.com

https://gulfnews.com/photos/news/covid-19-military-jets-fly-over-us-cities-to-salute-frontline-workers-1.1588478774180












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru