Yaxın qonşumuz “immunitet pasportu” tətbiq edə bilər

4-05-2020, 00:02           
Yaxın qonşumuz “immunitet pasportu” tətbiq edə bilər
Bundan öncə “immunitet pasportları” məsələsi Avropada, xüsusilə Almaniya və Böyük Britaniyada gündəmə gəlib

Rusiyada “immunitet pasportu”nun tətbiqi texniki cəhətdən mümkündür, çünki koronavirusa yoluxmuş şəxslər barədə məlumatlar artıq xüsusi bazada saxlanılır.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Rusiyanın Səhiyyə naziri Mixail Muraşko deyib.

O qeyd edib ki, sistemdə COVID-19 diaqnozu təsdiqlənmiş insanlar haqda məlumatlar var. Bundan əlavə, bazaya pnevmoniya əlamətləri ilə xəstəxanaya yerləşdirilənlər və onların ünsiyyətdə olduğu adamlar barədə də məlumatlar daxil edilib.

Bundan öncə Muraşko demişdi ki, yoluxmanın pik həddi keçildikdən sonra özünütəcrid rejimini və koronavirus profilaktikasını ləğv etmək olmaz. O, həmçinin əlavə edib ki, qadağaların götürülməsi müəyyən zaman tələb edəcək.

Mayın 3-nə olan məlumata görə, Rusiyada 134 mindən çox insanda koronavirus təsbit olunub, bunlardan 1280 nəfər dünyasını dəyişib, 16.6 min nəfər isə sağalıb.

Qeyd edək ki, bundan öncə “immunitet pasportları” məsələsi Avropada, xüsusilə Almaniya və Böyük Britaniyada gündəmə gəlib. "Deutsche Bank" tərəfindən aparılmış tədqiqatda deyilir ki, bu cür pasportlar vətəndaşların sağlamlığına dair bir dəlil olmaqla ölkələrin təhlükəsizliyinə zəmanət verəcək.

"Əgər bu texnologiya kifayət qədər tez bir müddətdə əldə olunsa, bu cür "immunitet pasportları" turizm və səyahətə kömək edə biləcək. Əks halda, səyahətə qoyulan qadağa əvəzinə, ölkəyə gəlmə zamanı məcburi özünütəcrid tədbirləri tətbiq edilə bilər", - tədqiqatın müəllifləri hesab edirlər












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru