Çin virusu dünyadan niyə gizlədib? - Kəşfiyyat SƏBƏBİ tapdı

4-05-2020, 12:53           
Çin virusu dünyadan niyə gizlədib? - Kəşfiyyat SƏBƏBİ tapdı
Çin hökuməti koronavirusla bağlı informasiyanı ona görə gizlədib ki, dərman və tibbi avadanlıqlar ehtiyat görsün.

Cebhe.info xəbər verir ki, bunu “Associated Press" yazıb. Saytın bildirdiyinə görə, bu bardə ABŞ kəşfiyyatının hesabatında bildirilir. Qeyd olunur ki, epidemiya başlayandan bəri, yəni bu ilin yanvarında rəsmi Pekin xarici malların idxalını artırıb, ixracı isə əksinə kəskin azaldıb. Beləliklə, özü üçün ehtiyat toplayıb.

Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp virusun Çindəki laboratoriyadan yayılması ehtimalına inandığını demişdi. O, Çinin buna görə məsuliyyət daşıdığını bəyan etmişdi. Dövlət katibi Mayk Pompeo da virusun laboratoriyadan yayıldığına dair təkzibedilməz faktlara sahib olduqlarını açıqlamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru