SİRLƏR AÇILIR! Kim Çen İn bu məqsədlə "öldürülüb" - Amansız qisas planı ilə döndü - VİDEO

5-05-2020, 13:55           
SİRLƏR AÇILIR! Kim Çen İn bu məqsədlə "öldürülüb" - Amansız qisas planı ilə döndü - VİDEO
Şimali Koreya lideri Kim Çen İnnin bir müddət ictimaiyyət önündə görünməməsinin sirri çözülməyə başlayıb. İlk günlərdə onun ürəyindən əməliyyat edildiyi və vəziyyətinin ağır olduğu barədə məlumatlar yayılmışdı. Hətta Kim Çen İnnin öldüyü iddia edilirdi. Onun əməliyyat edildiyinə dair dəlillər tapılsa da, “öldü” xəbərinin yayılmasında məqsəd başqa imiş.

Missiya.Az xarici mətbuata istinadən xəbər verir ki, Şimali Koreya lideri ətrafındakı xəyanətkarları üzə çıxarmaq üçün 3 həftə ərzində barəsində “Kim Çen İn öldü” xəbərlərinin yayımasına şərait yaradıb. Bu barədə iddia ilə Avstraliyanın nüfuzlu televiziyalarından olan “SKY News Avstraliya”da işləyən James Morreş çıxış edib.

Şimali Koreyanın mədəniyyəti və siyasəti ilə yaxından tanış olan Morreşin iddiasına görə, Kim Çen İnnin birdən-birə yox olması siyasi hesablaşmaların nəticəsidir. 36 yaşlı lider Şimali Koreyadakı siyasi elitanın onun ölümünə necə reaksiya verəcəyini öyrənmək üçün barəsində “öldü” xəbərlərinin tirajlanmasına göz yumub.

Morreşin iddiasına görə, Şimali Koreyada kütləvi həbslər olacaq: “Kim Çen İn əvvəlkindən daha sərt və qəddar davranacaq, öz gücünü ortaya qoyacaq. Ölkədə həbslərin olacağından şübhələnirəm”.

Qeyd edək ki, Kim Çen İnnin 3 həftə ictimaiyyət önünə çıxmaması onun vəfatı barədə söz-söhbətin yaranmasına səbəb oldu. Şimali Koreya liderin 3 həftədən sonra ilk dəfə bir açılışda kameralar qarşısına keçdi. Onun səhhətinin yaxşı olduğu bildirilir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru