Dağıstandan silahlı qruplaşma başçılarından daha biri öldürülüb.
Avropa.info xəbər verir ki, Xasavyurt rayonunda hüquq-mühafizə orqanlarına silahlı müqavimət göstərən Xanməhəmməd Çarinov atışma zamanı vurulub. Onun Oktyabrsk kəndi yaxınlığında mühasirəyə düşdüyü bildirilir.
Çarinov “Qafqaz əmirliyi”nin Xasavyurt rayonu üzrə başçısı sayılırdı.