Putin Kim Çeni medalla mükafatlandırdı

5-05-2020, 17:58           
Putin Kim Çeni medalla mükafatlandırdı
Rusiya prezidenti Vladimir Putin Şimali Koreya dövlətinin başçısı Kim Çen Inı “Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi” yubiley medalı ilə mükafatlandırıb.

Bu barədə açıqlamanı Şimali Koreyadakı Rusiya səfirliyi öz “Feysbuk” səhifəsində verib. Məlumatda qeyd edilir ki, Kim Çen Şimali Koreya respublikasının ərazisində həlak olmuş və dəfn edilmiş sovet vətəndaşlarının xatirəsini əbədiləşdirmək işinə böyük töfhəsi, həmçinin, məzarların və xatirə abidələrinin qorunmasına göstərdiyi qayğı üçün bu mükafata layiq görülüb.

Rusiyanın Koreya Xalq Demokratik Respublikasındakı səfiri Aleksandr Matseqora medalı 5 may tarixində, Mansude Qurultaylar Sarayında Şimali Koreyanın xarici işlər naziri Li Son Qvona təqdim edib.

Hurriyyet.org












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.