Braziliyada koronavirusdan rekord sayda ölüm qeydə alındı

6-05-2020, 04:16           
Braziliyada koronavirusdan rekord sayda ölüm qeydə alındı
Braziliyada son sutkada koronavirusdan rekord sayda (600 nəfər) ölüm qeydə alınıb.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumat ölkənin Səhiyyə Nazirliyinin “Twitter” səhifəsində yayılıb.

Qeyd olunub ki, ölkədə 7 921 nəfər pandemiyanın qurbanı olub.

Son 24 saat ərzində 6 935 nəfərin koronavirus testi müsbət çıxıb. Bununla da COVID-19-a yoluxanların sayı 114 715 nəfərə çatıb.

Müalicə alan 48 221 pasiyent sağalıb.

Ölkədə virusa yoluxmanın episentri San-Paulu ştatı və onun eyniadlı paytaxtıdır. Regionda 34 min insanın virusa yoluxduğu təsdiqlənib, 2,8 minə yaxın koronavirusdan ölüb. Siyahıda ikinci yerdə Rio-de-Janeyro qərarlaşıb. Burada COVID-19-a 12 mindən çox yoluxma aşkar edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.